...

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibələrə başlanır

Cəmiyyət Materials 23 Oktyabr 2025 18:03 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə test imtahanı başa çatıb. İmtahanda ümumilikdə 4371 namizəd iştirak edib.

Trend xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələrinin nəticələri idarələrin rəsmi internet saytlarında və sosial şəbəkə hesablarında dərc olunacaq. Keçid balını toplamış və vakansiya seçimi etmiş namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimetmə, məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq, peşəyə yanaşma və dəyərlər istiqamətlərində suallar təqdim ediləcək.

Müsahibə mərhələsində uğur qazanan və test imtahanında ən yüksək nəticə göstərən namizədlər işə qəbul ediləcək, uğur qazanmış digər iştirakçılar isə ehtiyat siyahısında saxlanılacaq.

Xəbər lenti

Xəbər lenti