...

SOCAR və ABB enerji keçidini müzakirə edib

Energetika Materials 23 Oktyabr 2025 16:00 (UTC +04:00)
SOCAR və ABB enerji keçidini müzakirə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "ABB" şirkəti arasında enerji keçidi, rəqəmsallaşma, sənayedə innovativ texnologiyaların tətbiqi ilə resursların idarə edilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

Trend bu barədə SOCAR-a istinadən xəbər verir.

Belə ki, bu gün SOCAR-ın prezidenti Rövşən Nəcəf "ABB" şirkətinin Şimali Avropa üzrə baş vitse-prezidenti Tor Ove Lussand ilə görüşüb.

Görüşdə şirkətlər arasında enerji keçidi, rəqəmsallaşma, sənayedə innovativ texnologiyaların tətbiqi ilə resursların idarə edilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

Qarşı tərəfə Azərbaycanda enerji sənayesinin modernləşdirilməsi, karbon emissiyalarının azaldılması, beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən “yaşıl enerji” layihələri barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti