...

İngiltərə hökuməti müsəlman icmaları üçün əlavə təhlükəsizlik paketini açıqladı

Dünya xəbərləri Materials 23 Oktyabr 2025 20:40 (UTC +04:00)

Bakı. Trend:

İngiltərə hökuməti ölkədəki müsəlman icmalarının və dini qurumların təhlükəsizliyini artırmaq məqsədilə 10 milyon funt sterlinq dəyərində əlavə təhlükəsizlik paketi elan edib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, Baş nazir Kir Starmer bu qərarın 4 oktyabrda "Peacehaven" məscidinin yandırılma cəhdindən sonra qəbul edildiyini bildirib.

Starmerin sözlərinə görə, hər hansı bir dini icmaya qarşı hücum, bütün cəmiyyətə qarşı hücum deməkdir və hökumət dini zəmində nifrət cinayətlərinə qarşı tolerant davranmaycaq. Baş nazir vurğulayıb ki, İngiltərədə yaşayan müsəlmanların öz dini inanclarını azad şəkildə yaşaması dövlətin əsas dəyərlərindən biridir.

Yeni paket çərçivəsində məscidlər və müsəlman icmalarına aid təşkilatlar üçün təhlükəsizlik kameraları, həyəcan siqnalları, giriş baryerləri və təhlükəsizlik işçilərinin təminatı maliyyələşdiriləcək.

Bu təşəbbüs, daha əvvəl tətbiq edilən 29,4 milyon funt sterlinqlik təhlükəsizlik proqramına əlavə olaraq həyata keçiriləcək.

İngiltərə Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2024–2025-ci illərdə müsəlmanlara qarşı nifrət cinayətlərinin sayı təxminən 19 faiz artıb. Dinə əsaslanan nifrət cinayətlərinin ümumi sayında isə müsəlmanlara qarşı olanların payı 44 faiz təşkil edir.

Xəbər lenti

Xəbər lenti