...

Gələn il dövlət borclarına xidmət üçün 2,46 milyard manat ayrılacaq

İqtisadiyyat Materials 23 Oktyabr 2025 16:37 (UTC +04:00)
Gələn il dövlət borclarına xidmət üçün 2,46 milyard manat ayrılacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il üzrə dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı 2,458 milyard manat məbləğində vəsait proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Məlumata əsasən, həmin xərclərin 1,4 milyard manatını xarici dövlət borcu üzrə (940 milyon manatını əsas borc və 460 milyon manatını isə faiz borcu üzrə xərclər), 1,058 milyard manatını isə daxili dövlət borcu üzrə (137 milyon manatını əsas borc və 920,6 milyon manatını isə faiz borcu üzrə xərclər) xərclər təşkil edir.

2026-cı ilin dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri 2025-ci illə müqayisədə 58 milyon manat çoxdur.

2025-ci ilin qalan dövrü və 2026-cı il ərzində dövlət istiqrazları portfeli üzrə vaxtı çatacaq əsas borc ödənişlərinin təkrar maliyyələşdirilməsi, habelə dövlət büdcəsi kəsirlə icra olunacağı təqdirdə büdcə kəsirinin bir hissəsinin borcalma hesabına bağlanması nəzərdə tutulduğundan, növbəti ildə dövlət istiqrazları üzrə faiz xərcləri cari illə müqayisədə artır.

Növbəti ilin dövlət büdcəsində xarici dövlət borcuna xidmət üçün 1400,0 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2025-ci illə müqayisədə 41,6 milyon manat və ya 3 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti