...

Azərbaycanda 2030-cu ilə qədər neft hasilatı üzrə proqnozlar verilib

Energetika Materials 23 Oktyabr 2025 17:34 (UTC +04:00)
Azərbaycanda 2030-cu ilə qədər neft hasilatı üzrə proqnozlar verilib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Ölkədə neft hasilatının tədricən azalacağı gözlənilir.

Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

2023-cü ildə neft hasilatı 30,1 milyon ton təşkil edib, 2024-cü ildə isə bu göstərici 29,1 milyon tona düşüb ki, bu da əvvəlki illə müqayisədə 3,3 faiz azalma deməkdir.

2025-ci il üçün olan proqnoz 28,5 milyon ton səviyyəsindədir ki, bu da 2024-cü illə müqayisədə 2,1 faiz azdır.

2026-cı ildə hasilatın 27,6 milyon ton səviyyəsində olacağı (2025-ci illə müqayisədə 3,2 faiz az), 2027-ci ildə 27,1 milyon ton ( 2026-cı illə müqayisədə - 1,8 faiz), 2028-ci ildə isə 26,6 milyon ton (2027-ci illə müqayisədə -1,8 faiz) olacağı gözlənilir.

Bununla yanaşı, 2029-cu ildə hasilatın 27,4 milyon tona yüksələcəyi proqnozlaşdırılır ki, bu da 2028-ci illə müqayisədə 3 faiz çoxdur. Beləliklə, 2025–2028-ci illərdə hasilatın azalmasından sonra 2029-cu ildə orta səviyyədə bərpa gözlənilir.

“2026-2028-ci illərdə isə neft və əmtəəlik qaz hasilatı üzrə azalma proqnozları neft-qaz sektorunun azalmasına səbəb olacaqdır. Lakin 2029-cu ildə Abşeron yatağının tam miqyaslı işlənilməsi hesabına neft və əmtəəlik qaz hasilatında gözlənilən artımlar ümumilikdə neft-qaz sektorunun dinamikasına müsbət töhfə verəcəkdir.”,-deyə büdcə layihəsində deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti