...

Moskva aeroportlarında uçuşlara məhdudiyyətlər qoyulub

Dünya xəbərləri Materials 23 Oktyabr 2025 13:03 (UTC +04:00)
Moskva aeroportlarında uçuşlara məhdudiyyətlər qoyulub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moskvanın Domodedovo və Jukovski hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər qoyulub.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) Telegram-kanalında məlumat yayılıb.

Təyyarələrin enişi və qalxışına qoyulmuş qadağanın hava gəmilərinin uçuş təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunduğu bildirilir.

Bundan əvvəl Rusiya KİV-də Rusiya HHM qüvvələrinin Moskva yaxınlığında pilotsuz uçuş apartını zərərsizləşdirdiyi barədə məlumat yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti