...

2026-cı ildə fiziki şəxslərin gəlir vergisindən daxilolmalar 19,6 faiz artacaq

İqtisadiyyat Materials 23 Oktyabr 2025 17:18 (UTC +04:00)
2026-cı ildə fiziki şəxslərin gəlir vergisindən daxilolmalar 19,6 faiz artacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 2379,3 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 390,3 milyon manat və ya 19,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə 540,1 milyon manat və ya 29,4 faiz çoxdur.

Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Fiziki şəxslərin gəlir vergisi üzrə proqnozlaşdırılan daxilolmaların 92,3 faizi və ya 2196,5 milyon manatı muzdlu işlə əlaqədar gəlir vergisinin, 7,7 faizi və ya 182,8 milyon manatı isə sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir vergisinin payına düşür.

2025-ci ilin proqnozu ilə müqayisədə artıma səbəb ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən qeyri neft-qaz sektoru üzrə 2025-ci ilin gözlənilən icrası ilə müqayisədə 2026-cı ildə qeyri-neft ÜDM-in nominal ifadədə 8,8 faiz artımla - 101717,1 milyon manat, respublika üzrə orta aylıq əməkhaqqının 6,3 faiz artımla - 1170,8 manat nəzərdə tutulması, həmçinin 2026-cı ildən qeyri-neft və qeyri-dövlət sektoru üzrə muzdlu işə aid olan gəlir vergisinin azadolma müddətinin başa çatması ilə əlaqədar yeni mexanizmin tətbiqi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmanın proqnozlaşdırlması ilə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti