Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə az
çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq
küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə +13 dərəcədən +16 dərəcəyədək, gündüz +19
dərəcədən +23 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 762 mm civə
sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 60-65 % təşkil
edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış
yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman
olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +10 dərəcədən +14 dərəcəyədək, gündüz +20
dərəcədən +25 dərəcəyədək, dağlarda gecə +5 dərəcədən +10
dərəcəyədək, gündüz +11 dərəcədən +16 dərəcəyədək olacaq.