...

Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı

İdman Materials 23 Oktyabr 2025 19:05 (UTC +04:00)
Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı

Bakı. Trend:

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turunun ən yaxşı oyunçusu müəyyənləşib.

Trend xəbər verir ki, "Barselona"nın hücumameyilli yarımmüdafiəçisi Fermin Lopes həftənin ən yaxşısı seçilib.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. 22 yaşlı futbolçu azarkeşlər arasında keçirilən sorğuda Feliks Nmeça ("Borussiya", Dortmund), Qorka Quruseta ("Atletik") və Dennis Manı (PSV) qabaqlayıb.

Qeyd edək ki, Fermin Lopes "Barselona"nın "Olimpiakos"u 6:1 hesabı ilə məğlub etdiyi matçda 3 qol vurub.

Xəbər lenti

Xəbər lenti