Bakı. Trend:
Azərbaycanda 2025-2029-cu illərdə əmtəəlik qazının hasilatı üzrə proqnozlar məlum olub.
Trend xəbər verir ki, Azərbaycanın 2026-cı ilə olan dövlət büdcəsi layihəsinə əsasən, 2025-ci ilə olan proqnozda hasilatın 38,6 milyard kubmetr səviyyəsində saxlanılması nəzərdə tutulub.
2026-cı ildə bu göstəricinin 38 milyard kubmetr olacağı gözlənilir (2025-ci illə müqayisədə 1,6 faiz azalma).
2027-ci ildə hasilatın 36,7 milyard kubmetr (2026-cı illə müqayisədə 3,4 faiz az), 2028-ci ildə isə 34,5 milyard kubmetr (2027-ci illə müqayisədə 6 faiz az) səviyyəsində olacağı proqnozlaşdırılır.
2029-cu ildə isə hasilatın bərpa olunaraq 37 milyard kubmetrə çatacağı, bunun da da 2028-ci illə müqayisədə 7,2 faiz çox olacağı bildirilir.