Bakı. Trend:
Türkiyənin Mərkəzi bankı əsas uçot dərəcəsinin 40,5 faizdən 39,5 faizə endirilməsi barədə qərar çıxarıb.
Trend xəbər verir ki, bu barədə maliyyə tənzimləyicisinin saytında məlumat yayılıb.
“Pul siyasəti üzrə komitə uçot dərəcəsinin - bir həftəlik repo hərraclarının dərəcəsinin 39,5 faizə endirilməsi barədə qərar qəbul edib”,- deyə məlumatda qeyd olunur.
Türkiyə Mərkəzi Bankının bu qərarı uçot dərəcəsinin azaldılacağını gözləyən analitiklərin proqnozları ilə üst-üstə düşüb.
Türkiyə Mərkəzi Bankı 2023-cü ilin iyununda iki ildən artıq fasilədən sonra ilk dəfə uçot dərəcəsini 8,5 faizdən 15 faizə qaldırmışdı və 2024-cü ilin martınadək onu mütəmadi şəkildə artırmağa davam etmişdi.