...

NEZ-in yenidənqurulmasına 450 milyon manat ayrılacaq

İqtisadiyyat Materials 23 Oktyabr 2025 16:28 (UTC +04:00)
NEZ-in yenidənqurulmasına 450 milyon manat ayrılacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il dövlət büdcəsində əsaslı xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsi xərclərinin 33,8 faizi həcmində və ya 14,085 milyard manat vəsait proqnozlaşdırılıb.

Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Məlumata görə, digər əsaslı xərclər üçün 1,258 milyard manat, o cümlədən Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) yenidənqurulması layihəsinin maliyyələşdirilməsi üçün 450 milyon manat, Azərbaycan Respublikasının həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payı ilə bağlı xərclər üçün 100 milyon manat, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu üçün 250 milyon manat, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün 85 milyon manat və digər layihələr üzrə 373 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti