...

Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisinin şikayəti üzrə məhkəmə prosesi keçirilib

Hadisə Materials 23 Oktyabr 2025 12:28 (UTC +04:00)
Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisinin şikayəti üzrə məhkəmə prosesi keçirilib

Bakı. Trend:

Rüşvət almaqda təqsirləndirilən Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi, mayor İlham Haqverdiyevin barəsində qətimkan tədbirindən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb və Bakı Hərbi Məhkəməsinin qərarı ilə 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti