Bakı. Trend:
UEFA Çempionlar Liqasının ikiqat qalibi və İngiltərə millisinin sabiq qapıçısı Skott Karson peşəkar futbol karyerasına spn qoymaq qərar verib.
Trend-in məlumatına görə, bu barədə S.Karson "Instagram" səhifəsində yazıb.
"İnanılmaz səyahətdən sonra əlcəkləri asmaq vaxtı çatıb. Futbol mənə hər şeyi verdi - xatirələr, dostluqlar və heç vaxt unuda bilməyəcəyim anlar. Səfərimin bir parçası olan hər bir komanda yoldaşıma, məşqçiyə, azarkeşə və kluba təşəkkür edirəm. Bunu sizinlə bölüşmək mənim üçün şərəf idi", - deyə o bildirib.
Qeyd edək ki, 2025-ci ilin yayından etibarən futbolçu azad agent statusunda olub.
2004/05 mövsümündə qapıçı yalnız bir oyun keçirərək "Liverpul"la UEFA Çempionlar Liqasının qalibi olub. O, 2022/23 mövsümündə “Mançester Siti” ilə yenidən Çempionlar Liqasının qalibi olub. O, həmin mövsüm heç bir yarışda komandanın heyətində bir oyun da keçirməyib.