Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp dünyanın ən böyük kriptobirjası "Binance"ın təsisçisi Çanqpinq Zaonun əfv edilməsi ilə bağlı sənədi imzalayıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Çanqpinq Zao 2024-cü ildə çirkli pulların yuyulmasına qarşı qanunvericiliyi pozmaqda təqsirli bilinərək həbs cəzasına məhkum edilmişdi.
ABŞ Prezidenti, "Binance"ın Tramp ailəsinin kriptovalyuta şirkəti "World Liberty Financial"a dəstək verməsindən sonra Çanqpinq Zaonu əfv edib.