...

2026-cı ildə sosialyönlü xərclər dövlət büdcəsinin 41 faizini təşkil edəcək

Cəmiyyət Materials 23 Oktyabr 2025 17:02 (UTC +04:00)
2026-cı ildə sosialyönlü xərclər dövlət büdcəsinin 41 faizini təşkil edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il üçün dövlət büdcəsində sosialyönlü xərclər ( əməkhaqqı fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman və sarğı ləvazimatları, icbari tibbi sığorta üzrə xərclər və s.) üçün 17 milyard 145,5 milyon manat məbləğində vəsait proqnozlaşdırılır. Bu, büdcə xərclərinin 41,1 faizini təşkil edir.

Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

2026-cı ildə bu xərclər 2025-ci illə müqayisədə 213,4 milyon manat və ya 1,3 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 2 milyard 492,8 milyon manat və ya 17 faiz çoxdur.

2022-ci illə müqayisədə isə sosialyönlü xərclərin dövlət büdcəsi xərcləri tərkibində xüsusi çəkisi 5 faiz-bənd, mütləq ifadədə isə 5 milyard 568,4 milyon manat və ya 48,1 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti