...

İlk 9 ayda qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən siqaretlərin sayı açıqlandı

Cəmiyyət Materials 23 Oktyabr 2025 17:49 (UTC +04:00)
İlk 9 ayda qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən siqaretlərin sayı açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 9 ayı ərzində qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 39,9 milyon ədəddən çox siqaret aşkar edilib.

Trend xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin 9 ayı ərzində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 1098,21 litr spirtli içki, 39 milyon 948 min 449 ədəd xaricdə istehsal olunan siqaret, 7 min 491 ədəd elektron siqaret, 1 milyon 57 min 931 ədəd saxta aksiz markaları və məcburi nişanlar, 1360 litrdən çox energetik içki aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti