...

Gələn il keçmiş məcburi köçkünlərin sosial müdafiəsinə ayrılacaq məbləğ açıqlanıb

Cəmiyyət Materials 23 Oktyabr 2025 16:19 (UTC +04:00)
Gələn il keçmiş məcburi köçkünlərin sosial müdafiəsinə ayrılacaq məbləğ açıqlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il keçmiş məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə növbəti ilin dövlət büdcəsində 285 milyon manat ayrılması proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihədə, o cümlədən vahid aylıq müavinətin verilməsi üçün 252 milyon manat, kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün 17,5 milyon manat, digər tədbirlər üçün isə 15,5 milyon manat vəsait nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti