...

Oğurluqda şübhəli bilinən şəxs İrandan Azərbaycana ekstradisiya ediləcək

Cəmiyyət Materials 23 Oktyabr 2025 18:20 (UTC +04:00)
Oğurluqda şübhəli bilinən şəxs İrandan Azərbaycana ekstradisiya ediləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında təslim etmə haqqında” 21 fevral 1998-ci il tarixli Müqavilənin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Hüseynov Ülvi Rafik oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti İran İslam Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Ülvi Hüseynovun oğurluq cinayət əməli törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.

Təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti