...

İsrail Livana aviazərbələr endirib

Dünya xəbərləri Materials 23 Oktyabr 2025 17:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu Livana hava zərbələri endirib.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hava zərbələrinin hədəfi “Hizbullah” hərəkatına aid hərbi obyektlər olub.

“IDF Livanın Beka bölgəsində terror təşkilatı ‘Hizbullah’a məxsus bir sıra obyektləri vurub. Hədəf alınan obyektlər arasında ‘Hizbullah’ın döyüşçülərin hazırlığı üçün istifadə etdiyi kompleks də olub, orada əşkilatın üzvləri müəyyən edilib”, – deyə IDF-in rəsmi "Telegram" kanalında qeyd olunur.

Xatırladaq ki, İsrail 2024-cü ilin noyabrında Livanla atəşkəs razılaşması imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti