...

Sürücü və piyadalara çətinlik yaranan kəsişmədə yeni svetoforlar quraşdırılıb (VİDEO)

Cəmiyyət Materials 23 Oktyabr 2025 15:10 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ilə Ağasadıq Gəraybəyli küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin rahat hərəkətinin və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni svetoforlar quraşdırılaraq istifadəyə verilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aparılan monitorinqlərin nəticəsi olaraq quraşdırılan yeni svetoforlar sürücülər və piyadalar üçün yaranmış xaotik vəziyyəti aradan qaldırıb.

Bundan əlavə rayonun Şah Abbas və Babək küçələrinin kəsişməsində də yeni svetoforlar quraşdılaraq hərəkət iştirakçılarının istifadəsinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti