Bakı. Trend:
Fransanın Luvr muzeyində baş verən soyğun hadisəsindən sonra muzeyin müdiri Lorens de Kars Fransız Senatında ifadə verib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, müdir muzeydəki təhlükəsizlik boşluğunu açıq şəkildə qəbul edib.
O bildirib ki, oğurluq baş verən balkonu izləyən kamera ümumiyyətlə olmayıb.
Lorens de Kars əlavə edib ki, Apollon Qalereyası tərəfində qurulan tək kamera qərbə doğru yönəldilib, bu səbəbdən də soyğunla bağlı görüntülər çəkilməyib.