...

Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır

İqtisadiyyat Materials 23 Oktyabr 2025 16:34 (UTC +04:00)
Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır.

Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qeyd olunub ki, hazırda içməli spirtin (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının, konyak və konyak materiallarının hər litrinə 4,8 manat aksiz dərəcəsi tətbiq olunur.

Layihəyə əsasən, bu məhsullar üçün aksiz dərəcəsi 5 manata qaldırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti