...

İspaniyalı avtopilot atasını öldürdüyünü etiraf edib

Dünya xəbərləri Materials 23 Oktyabr 2025 13:25 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyalı avtopilot Antolin Qonsales atasını qətlə yetirdiyini etiraf edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, idmançı cinayəti bu ilin iyul ayının əvvəlində törətmişdi. O, hadisə yerindən qaçsa da, polis çox keçmədən onu həbs etmişdi.

Məhkəmədə Qonzales məişə zəminində düşən mübahisədən sonra atasına bıçaqla boyun nayihəsindən zərbə endirdiyini təsdiqləyib. Habelə o ilk silaha əl atanın məhz atasının olduğunu əmin edir.

Qeyd edək ki, Qonzales peşəkar avtopilot karyerasını 2018-ci ildə 24 yaşında sonlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti