...

Bakıda tələbənin dabaq xəstəliyinə yoluxması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil - Səhiyyə Nazirliyi

Cəmiyyət Materials 23 Oktyabr 2025 11:38 (UTC +04:00)
Bakıda tələbənin dabaq xəstəliyinə yoluxması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil - Səhiyyə Nazirliyi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə “Anadolu Universitetinin Bakı filialında təhsil alan Elnarə Həziyeva adlı şəxsin guya dabaq xəstəliyinə yoluxması” ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

"Qeyd edirik ki, Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyi qeydə alınmayıb. Hazırda ölkə ərazisində bu xəstəliklə bağlı insanlar arasında yoluxma faktı aşkarlanmayıb.

Vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız rəsmi mənbələr tərəfindən təsdiqlənmiş məlumatlara etibar etsinlər.
Eyni zamanda, media nümayəndələrindən xahiş edirik ki, ictimaiyyətdə əsassız narahatlıq yaratmamaq üçün yalnız rəsmi və dəqiqləşdirilmiş məlumatları yayımlasınlar",- deyə Nazirlikdən qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti