...

İsveçrə Azərbaycandan qeyri-neft məhsulları alışını iki dəfədən çox artırıb

İqtisadiyyat Materials 23 Oktyabr 2025 16:06 (UTC +04:00)
İsveçrə Azərbaycandan qeyri-neft məhsulları alışını iki dəfədən çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla İsveçrə arasında ticarət əməliyyatlarının həcmi 494,1 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Qeyd olunub ki, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 165,5 milyon ABŞ dolları və ya 50,3% çoxdur.

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan İsveçrəyə 301,6 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 181,9 milyon ABŞ dolları və ya 2,5 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycandan sözügedən ölkəyə ixrac edilən malların 247,7 milyon manatını qeyri-neft məhsulları təşkil edib ki, bu da ötən ilin ilk 9 ayındakı göstəriciyə nisbətən 128,1 milyon ABŞ dolları və ya 2,1 dəfə artım deməkdir. Dövr ərzində İsveçrəyə qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 9,35% paya sahib olub. Bununla da sözügedən ölkə Azərbaycandan 3-cü ən çox qeyri-neft məhsulları alan ölkə olub.

Eyni zamanda, 2025-ci ilin yanvar-sentyabr aylarında İsveçrədən Azərbaycana 192,5 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 16,5 milyon ABŞ dolları və ya 7,9% azalma deməkdir.

Bu ilin ilk 9 ayında İsveçrə Azərbaycandan 53,9 milyon ABŞ dolları dəyərində 90 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları idxal edib. Əvəlki ilin eyni dövründə isə Azərbaycandan İsveçrəyə sözügedən məhsul ixracı qeydə alınmayıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 877 milyon ABŞ dolları və ya 2,5% çoxdur.

Xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın, 16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları və ya 6,3% azalıb, idxal isə 2,126 milyard ABŞ dolları və ya 14,5% artıb.

Nəticədə xarici ticarətdə 1,837 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,374 milyard ABŞ dolları və ya 2,8 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti