...

Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənəcəyinə ümidvarıq - Almaniyadan olan səyyah

Cəmiyyət Materials 23 Oktyabr 2025 15:37 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənəcəyinə ümidvarıq - Almaniyadan olan səyyah
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ və Şərqi Zəngəzurun tamamilə minalardan təmizlənəcəyinə ümid edirik.

Trend xəbər verir ki, bunu Almaniyadan olan səyyah Torsten Salaske Füzuliyə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

“Biz hamımız sülhə və bu ərazilərin tamamilə minalardan təmizlənəcəyinə ümid edirik. Bu, olduqca vacib və çətin bir işdir, belə ki, o məhz burada yaşayan insanların həyat təhlükəsizliklərinin təmin olunmasına yönəlib.”, -deyə o bildirib.

Torstenin sözlərinə görə, minalardan təmizləmə prosesinin izləmək onda böyük təəsürat yaradıb.

“Bu müharibə və gələcək barədə düşüncələrə dalmağa məcbur etdi. Minaların zərərsizləşdirilməsi ilə məşğul olan hərkəsə, o cümlədən hərbçilərə və mütəxəssislərə təşəkkürümü bildirmək istərdim”, - deyə o bildirib.

Qeyd edək ki, səkkiz ölkədən olan səyahətçilər qrupuna “Extreme Traveler International Congress” (ETIC – Beynəlxalq Ekstremal Səyyahlar Konqresi) klubunun rəhbəri Kolya Sporin rəhbərlik edir.

Nümayəndə heyəti Ağdam–Xankəndi–Laçın–Şuşa–Füzuli marşrutu üzrə iki günlük avtomobil səyahəti planlaşdırır.

Azad olunmuş ərazilərin "black tourism" (qara turizm) çərçivəsində tanıdılması və genişmiqyaslı tikinti və bərpa işlərinin nümayiş etdirilməsi məqsədilə aparıcı beynəlxalq səyahətçi klubları 2021–2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə 14 səfər təşkil edib. Bu, artıq 15-ci belə səfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti