Bakı. Trend:
2026-cı ildə nəqliyyat vasitələrinin utilizasiyası fonduna ayrılacaq vəsaitin həcmi məlum olub.
Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihədə bildirilib ki, 2026-cı ilin dövlət büdcəsində nəqliyyat vasitələrinin utilizasiyası fondunun gəlirləri və xərcləri bərabər olmaqla 52,0 milyon manat məbləğində vəsait nəzərdə tutulur.
Bu vəsait utilizasiyaya verilmə barədə təsdiqedici sənəd təhvil verilməklə yeni istehsal olunmuş yerli nəqliyyat vasitələrinin satın alınması zamanı tətbiq edilən güzəşt məbləğlərinin nəqliyyat vasitələrinin satıcılarına geri ödənilməsinə, habelə utilizasiyaya verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlərin həyata keçirilməsinə sərf ediləcək.