...

Slovakiya səfiri Ağdamda aparılan yenidənqurma prosesini yüksək qiymətləndirib (FOTO)

Gündəm Materials 23 Oktyabr 2025 21:37 (UTC +04:00)
Slovakiya səfiri Ağdamda aparılan yenidənqurma prosesini yüksək qiymətləndirib (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiya Respublikasının Azərbaycandakı səfiri Elçin Qasımov işğaldan azad edilən Ağdam şəhərində aparılan yenidənqurma işlərinin sürətini yüksək qiymətləndirib, Slovakiya ilə Azərbaycan arasında tərəfdaşlığın möhkəmləndiyini qeyd edib.

Trend-in məluamtına görə, bu barədə E.Qasımov sosial şəbəkə hesablarında yazıb.

"Bu gün gözəl Ağdamda biz yenidənqurma işlərinin necə sürətlə getdiyini, bir vaxtlar işğal nəticəsində xarabalığa çevrilmiş ərazilərə həyatın necə qayıtdığını öz gözləri ilə gördük", deyə paylaşımda bildirilib.

O, Baş Qərvənddə Slovakiyanın “ağıllı kəndi” layihəsinin artıq həyata keçirildiyini qeyd edərək, bunu uğurlu ikitərəfli əməkdaşlığın bariz nümunəsi adlandırıb.

Diplomat iki ölkə arasında genişlənən əlaqələrdən qürur duyduğunu da bildirib: “Mən Slovakiya ilə Azərbaycan arasında artan tərəfdaşlıq və bunu mümkün edən komandalarla fəxr edirəm”.

Xəbər lenti

Xəbər lenti