Mingəçevir. Trend:
Oktyabrın 23-də saat 20 radələrində Mingəçevir şəhəri ərazisində 41 yaşlı Zəfər Hüseynov aralarında yaranmış mübahisə zamanı 36 yaşlı Elvin Abbasova kəsicə alətlə xəsarət yetirib. E.Abbasov xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Z.Hüseynov saxlanılıb. Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
xxx
23:09
Mingəçevirdə 35 yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə məcburi köçkünlərin kompakt yaşadığı Heydər Əliyev prospektində yerləşən şəhərcikdə baş verib. Əslən Ağdamdan olan 1990-cı il təvəllüdlü Abbasov Elvin Sərdar oğlu hansı şəraitdə bıçaq xəsarəti aldığı məlum deyil. Müxtəlif dərəcəli xəsarət alan E.Abbasov xəstəxanaya çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-in yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 35 yaşlı şəhər sakininin kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.