...

Çin raketi eksperimental rabitə peykini orbitə çıxarıb

Dünya xəbərləri Materials 23 Oktyabr 2025 23:40 (UTC +04:00)
Çin raketi eksperimental rabitə peykini orbitə çıxarıb

Bakı. Trend:

"Çançjen-5" ("Uzun Yürüş-5") ağır daşıyıcı raketi 20 nömrəli rabitə texnologiyası eksperimental peykini orbitə çıxarıb.

Trend-in məlumatına görə, bu barədə "People's Daily" nəşri xəbər verib.

Məlumata əsasən, raket Haynan adasındakı Vençan peyk buraxılış mərkəzindən buraxılıb. Peyk təyin olunmuş orbitə uğurla daxil olub.

Test aparatı çoxzolaqlı yüksəksürətli peyk rabitəsi texnologiyasını nümayiş etdirmək üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti