...

Bakı Arbitraj Mərkəzinin əsas məqsədləri açıqlanıb

Cəmiyyət Materials 24 Oktyabr 2025 10:18 (UTC +04:00)
Bakı Arbitraj Mərkəzinin əsas məqsədləri açıqlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Son illərdə ölkəmizdə məhkəmə-hüquq sahəsində mühün islahatlar aparılır.

Trend xəbər verir ki, Tədbirdə Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının üzvü, Bakı Arbitraj Mərkəzinin rəhbəri Kəmalə Mehdiyeva bu fikirləri Bakı Arbitraj Mərkəzinin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, bu münasibətlə keçirdiyimiz tədbirin məqsədi dünyanın müxtəlif regionlarında arbitraj sahəsində fəaliyyət göstərən peşəkar hüquqşünasların bilik mübadiləsi, dövlət və özəl sektorda çalışan hüquqşünasların əməkdaşlığı, eləcə də ölkəmizdə arbitraj sektorunun müzakirəsi üçün dinamik platforma təşkil etməkdir.

“Tədbir çərçivəsində 7 panel müzakirə nəzərdə tutulur.

Nəzərinizə çatdırım ki, Bakı Arbitraj Mərkəzinin əsas məqsədi Azərbaycan Respublikasının “Arbitraj haqqında” Qanununa müvafiq olaraq beynəlxalq arbitraj sahəsində fəaliyyət göstərmək və mübahisələrinin həlli üsulu kimi arbitrajı seçmiş tərəflərə ədalətli, şəffaf və səmərəli arbitraj xidmətləri təqdim etməkdir”.

K.Mehtiyeva qeyd edib ki, Bakı Arbitraj Mərkəzinin daimi arbitraj təşkilatı olaraq əsas funksiyası mübahisələrin həlli üçün arbitraj məhkəməsinin səlahiyyətlərinə aid məsələlər istisna olmaqla, arbitraj icraatının idarə edilməsi, arbitrajın təşkilati təminatı, o cümlədən arbitrlərin təyin olunması, onlara etiraz edilməsi və onların səlahiyyətinə xitam verilməsi məsələlərinin həlli, kargüzarlığın aparılması, arbitraj haqlarının və digər arbitraj xərclərinin ödənilməsinin təşkilindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti