...

ABŞ Kanada ilə ticarət danışıqlarını dayandırıb - Tramp

Dünya xəbərləri Materials 24 Oktyabr 2025 07:45 (UTC +04:00)
ABŞ Kanada ilə ticarət danışıqlarını dayandırıb - Tramp

Bakı. Trend:

Kanada rəsmilərinin rüsumları tənqid edən reklamlara pul ödəməsindən sonra Vaşinqton Ottava ilə ticarət danışıqlarını dayandırıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

ABŞ prezidenti bildirib ki, reklam çarxında ABŞ-nin 40-cı prezidenti Ronald Reyqan "rüsumlar haqqında mənfi danışarkən" təsvir olunub.

"Onlar bunu yalnız ABŞ Ali Məhkəməsinin və digər məhkəmələrin qərarına təsir göstərmək üçün ediblər", - deyə D.Trap əlavə edib.

"Rüsumlar ABŞ-nin milli təhlükəsizliyi və iqtisadiyyatı üçün çox vacibdir. Bu zərərli hərəkətlərə görə Kanada ilə bütün ticarət danışıqları dayandırılıb", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti