...

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bir sıra yollarında tıxac var - SİYAHI (FOTO)

Cəmiyyət Materials 24 Oktyabr 2025 08:19 (UTC +04:00)
Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bir sıra yollarında tıxac var - SİYAHI (FOTO)

Bakı. Trend:

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
11. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
12. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti