...

Azərbaycan millisi U-23 dünya çempionatında üçüncü yeri tutub

İdman Materials 24 Oktyabr 2025 02:44 (UTC +04:00)
Azərbaycan millisi U-23 dünya çempionatında üçüncü yeri tutub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında yunan-Roma güləşi üzrə yarışlar başa çatıb.

Trend-in məlumatına görə, millimiz turniri 2 qızıl və 1 bürünc medalla tamamlayıb və 93 xal toplayaraq komanda hesabında dünya üçüncüsü olub.

Bu nəticə ilə yığmamız medalların əyarına görə tarixində ən yüksək nailiyyətini əldə edib.

Komandamız yalnız İran (143 xal) və Ukraynadan (96 xal) geri qalıb.

Qeyd edək ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Kamran Məmmədovun rəhbərliyi altında yarışda iştirak edən heyətdən Elmir Əliyev (55 kq) və Ziya Babaşov (63 kq) dünya çempionu, Ruslan Nurullayev (72 kq) isə bürünc medal sahibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti