Bakı. Trend:
Vaşinqton administrasiyası ABŞ-yə qanunsuz maddələrin qaçaqmalçılığında məsul olan narkotik kartellərinin üzvlərini məhv etmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.
"Düşünmürəm ki, biz [ABŞ Konqresindən] [narkotik kartellərinə] müharibə elan etməsini mütləq istəyək. Düşünürəm ki, biz sadəcə ölkəmizə narkotik gətirən insanları öldürəcəyik. Biz onları öldürəcəyik", - deyə ABŞ prezidenti bildirib.
Bundan əvvəl D.Tramp Cənubi Amerika narkotik kartellərini İŞİD terror qruplaşması ilə müqayisə edib və onları "Qərb yarımkürəsinin İŞİD-i" adlandırmışdı.