...

ÜST Qəzzanın səhiyyə sisteminin bərpası üçün xərclənəcək vəsaiti açıqlayıb

Dünya xəbərləri Materials 24 Oktyabr 2025 07:16 (UTC +04:00)
ÜST Qəzzanın səhiyyə sisteminin bərpası üçün xərclənəcək vəsaiti açıqlayıb

Bakı. Trend:

Qəzza zolağında səhiyyə sisteminin bərpası üçün ən azı 7 milyard dollar xərclənəcək.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, təşkilat əvvəllər 41 xəstənin və 145 müşayiətçinin bir neçə ölkəyə təxliyəsinə kömək edib.

"Bununla belə, Qəzzadan kənarda müalicəyə ehtiyacı olan 15.000 xəstə var, onlardan 4000-i uşaqdır", - deyə ÜST rəhbəri əlavə edib.

O qeyd edib ki, 700-dən çox insan təxliyə olunmazdan əvvəl ölüb.

BMT, Avropa İttifaqı və Dünya Bankının operativ qiymətləndirməsinə görə, Qəzzanın bərpası üçün təxminən 70 milyard dollar tələb olunacaq. BMT nümayəndələri bütün ərazilərin bərpa olunmayacağını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti