Bakı. Trend:
Koreya Respublikasının silahlı qüvvələri oktyabrın 19-da Şimali Koreya əsgərlərinin Koreyalararası sərhədi pozduğu iddia edilən daha bir sərhəd hadisəsi barədə məlumat verib.
Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən bildirib.
Məlumata əsasən, Koreya Xalq Ordusunun iki hərbi qulluqçusunun hərbi demarkasiya xəttini keçərək Cənubi Koreyanın mühafizə postuna 200 metr yaxınlaşdığı iddia edilib. Şimali Koreya əsgərləri silahlı olublar. Həmin gün Cənubi Koreya yarımadasına qaçan bir əsgər gəlib və güman edilir ki, ikisi də onu axtarmağa göndərilmiş ola bilər.
Cənubi Koreya qoşunları bundan sonra xəbərdarlıq atəşi açıb. Koreya Xalq Ordusunun qoşunları daha sonra şimala qayıtdı.