Bakı. Trend:
"Portlend Treyl Bleyzers" komandasının baş məşqçisi Çonsi Billaps, "Mayami Hit" komandasının oyunçusu Terri Rozye və 30-dan çox digər şəxs ojtyabrın 30-da ABŞ-də qanunsuz qumar oyunları ilə bağlı bir neçə federal araşdırma çərçivəsində həbs edilib.
Trend-in məlumatına görə, bu barədə FTB direktoru Keş Patel Bruklində keçirilən mətbuat konfransında bildirib.
Məlumata əsasən, Rozye qarşıdan gələn matçlar haqqında cinayətkar tərəfdaşlara məxfi məlumat verən bir neçə şəxsdən biri idi və onlar da öz növbəsində mərc etmək üçün saxta şəxslərdən istifadə edirdilər. Patel bildirib ki, sxem bir neçə il fəaliyyət göstərib və milyonlarla dollar qanunsuz mənfəət əldə edib.
Ötən il Basketbol Şöhrət Zalına daxil edilən Çonsi Billaps oyunçuları məşhurlara qarşı oynamağa sövq edən saxta poker oyunu idarə etməkdə ittiham olunur.