...

Bakı Arbitraj Mərkəzinin açılış mərasimi keçirilir

Cəmiyyət Materials 24 Oktyabr 2025 10:19 (UTC +04:00)
Bakı Arbitraj Mərkəzinin açılış mərasimi keçirilir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakı Arbitraj Mərkəzinin açılış mərasimi keçirilir.

Trend xəbər verir ki, Tədbirdə Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının üzvü, Bakı Arbitraj Mərkəzinin rəhbəri Kəmalə Mehtiyeva, Ali Məhkəmənin və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov, Ədliyyə naziri Fərid Əhmədov, xarici və yerli rəsmilər iştirak edirlər.

Ümumilikdə mərasimdə 600-dən çox iştirakçı, o cümlədən 70-dən artıq aparıcı mütəxəssis, hüquqşünas və dövlət rəsmisi bir araya gələcək.

Tədbirin məqsədi dünyanın müxtəlif regionlarında arbitraj sahəsində fəaliyyət göstərən peşəkar hüquqşünaslar arasında bilik mübadiləsini təşviq etmək, dövlət və özəl sektorda çalışan hüquqşünaslar arasında əməkdaşlığı gücləndirmək, eləcə də ölkəmizdə arbitraj sektorunun inkişafı istiqamətində müzakirələr üçün dinamik platforma yaratmaqdır.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti