Bakı. Trend:
Türkiyənin İstanbul baş prokurorluğu casusluqla bağlı cinayət işi çərçivəsində şəhərin keçmiş meri Əkrəm İmamoğlu və bir neçə şəxsə qarşı araşdırmaya başlayıb.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, casusluqla bağlı istintaqda İmamoğlu ilə yanaşı onun seçki kampaniyasının rəhbəri olmuş Necati Özkan və “Tele 1” telekanalının baş redaktoru Merdan Yanardağın da adı keçir.
Oktyabrın 24-də “Tele 1” telekanalının ofisində axtarışlar aparılıb, Yanardağ saxlanılıb. Onun evində də axtarışlar aparılaraq, bəzi əşyalar maddi sübut olaraq müsadirə olunub.
