...

Naxçıvanda istehlakçılara 3,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb

İqtisadiyyat Materials 24 Oktyabr 2025 09:40 (UTC +04:00)
Naxçıvanda istehlakçılara 3,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar – sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası üzrə istehlakçılara 1,3 milyon manatdan çox əlavə dəyər vergisi (ƏDV) məbləği geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,3 faiz çoxdur.

Bu barədə Trend Naxçıvanın iqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 3,6 milyon manatdan çox olub.

"Yeni nəsil nəzarət-kassa aparatlarından (NKA) istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2025-ci ilin 9 ayında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 364,1 milyon manatdan artıq olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 69,3 milyon manat və ya 23,5 faiz çoxdur", - məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti