Bakı.Trend:
Dörd gün öncə baş verən qəzada yaralanan piyada həyatını itirib.
Trend xəbər verir ki, 18 oktyabr 2025-ci il tarixdə Murad Rüstəmovun idarə etdiyi "İsuzu" markalı 12 saylı sərnişin avtobus hərəkətdə olan zaman piyada Elçin Baxşiyevi vurub.
Hadisə nəticəsində piyada 22 oktyabr 2025-ci il tarixdə müalicə aldığı Sabunçu Tibb Mərkəzində ölüb.
Faktla bağlı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Xətai rayon polis idarəsinin istintaq şöbəsində istintaq aparılır.
