Bakı. Trend:
Vətəndaşlara əmək, məşğulluq və sosial sahədə təqdim edilən xidmətlərin elektronlaşdırılması mühüm istiqamətlərdən biridir.
Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün”beynəlxalq konfransda deyib.
Anar Əliyev əlavə edib ki, hazırda Nazirlik tərəfindən təqdim olunan 150 xidmətin 90%-dən çoxu elektronlaşdırılıb. Onlardan 52-si isə proaktiv qaydada həyata keçirilir.
Nazir qeyd edib ki, "ASAN xidmət indeksi” üzrə dövlət qurumlarının vətəndaşlara göstərdikləri xidmətlərin qiymətləndirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2024-cü il üzrə 97,8% göstərici ilə ardıcıl olaraq üçüncü ildir ki, birinci yeri tutur:
"Bu ailiyyətlər Azərbaycanın sosial idarəetmə modelinin beynəlxalq aləmdə etibarlı, innovativ və insan mərkəzli bir nümunə kimi tanındığını göstərir".