...

Azərbaycan və Türkiyə rəqəmsal transformasiya sahəsində əməkdaşlığı davam etdirir

Cəmiyyət Materials 24 Oktyabr 2025 10:58 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal transformasiya təkcə xidmətlərin təqdimatını deyil, qərarvermə proseslərini də dəyişməkdədir.

Trend xəbər verir ki, bu sözləri Türkiyə Respublikası əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydın “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfransda çıxış edərkən deyib.

O bildirib ki, xüsusilə əmək həyatında süni intellektin tətbiqi həm dövlətin effektivliyini artırır, həm də vətəndaşlara daha keyfiyyətli xidmətlərin göstərilməsinə şərait yaradır.

"Türkiyə süni intellekt və rəqəmsal dövlət imkanlarını sosial siyasətimizə inteqrasiya edərək daha inklüziv və effektiv həllər tətbiq edir. Gələcəkdə rəqəmsal dövlətlərin yalnız texnoloji deyil, həm də insani, iştirakçı və sosial yönləri ilə ön plana çıxacağına inanırıq.

Bu prosesdə Azərbaycanla birlikdə irəliləməyə davam edəcəyik", - deyə nazir müavini əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti