Bakı. Trend:
Süni intellektin təkmilləşdirilməsi üçün möhkəm qanunvericilik bazasının yaradılmasına ciddi ehtiyac var.
Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, süni intellekt dünya miqyasında gündən günə daha geniş özünü göstərir.
"Süni intellekt bu gün müasir həyatın bir çox hissəsinə dərin şəkildə inteqrasiya edib. Artıq dünyada süni intellekt həm də demokratik nəzarət tələb edən ictimai maraq predmeti kimi qiymətləndirilməkdədir. Onun sosial sahədə tətbiqi zamanı gizliliyin qorunması kimi məsələləri də nəzərə almaq lazımdır", - deyə komitə sədri əlavə edib.