Bakı. Trend:
Ləğv edilən iş yerlərində yaradılan yeni işlər həm də yeni bacarıqlar tələb edəcək.
Trend xəbər verir ki, bunu Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfransda deyib.
O bildirib ki, Azərbaycan süni intellekt sahəsində heç gecikməyib, vaxtında işə başlayıb:
"Bütün bunlar onu göstərir ki, Azərbaycan yeni islahatlara hazırdır. Bu istiqamətdə uğur qazanmaqda innovasiyaların da böyük rolu var. Yeni texnologiyalar yeni çağrışlar yaradır. Biz də bu çağrışlara cavab vermək üçün islahatlar aparmalıyıq. Bizim məqsədimiz bütün sahələrdə süni intellektin müsbət cəhətlərindən istifadə etməkdir"- deyə o əlavə edib.