Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın süni intellektin inklüzivlik, yaşıl inkişafın hərəkətverici qüvvəsinə çevirməsi üçün dəstək göstərməyə hazırdır.
Trend xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva “SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün” beynəlxalq konfransda deyib.
O qeyd edib ki, artıq süni intellektdən istifadə etməli olub-olmadığımız sual altında deyil:
"Əsas məsələ onu necə istifadə etməyimiz dir. Azərbaycanda bu müzakirələr xüsusi əhəmiyyət daşıyır, çünki süni intellekt ehtiyacları qabaqcadan görə, xidmətləri fərdiləşdirə və insanlara çata bilər.
Biz eyni zamanda ayıq olmalıyıq. Süni intellekt rəqəmsal uçurumu dərinləşdirməməli və ya ayrı-seçkiliyi gücləndirməməlidir. O, sosial xidmətlərdə, təhsilin fərdiləşdirilməsində və əmək bazarında işçiləri uyğun imkanlarla əlaqələndirməkdə güclü bir vasitə ola bilər. Lakin bu sahədə uğur, böyük ölçüdə rəqəmsal savadlılıqdan, inklüziv siyasətdən və hər bir fərdin öz gələcəyini formalaşdırmaq üçün gücləndirilməsindən asılı olacaq".