...

Bakıda TDT sənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin II iclası keçirilir (FOTO)

İqtisadiyyat Materials 24 Oktyabr 2025 11:52 (UTC +04:00)
Bakıda TDT sənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin II iclası keçirilir (FOTO)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin sənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin ikinci iclası keçirilir.

Trend xəbər verir ki, tədbirdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, TDT baş katibi Kumanıçbek Ömüraliyev, Qırğızıstan Respublikasının İqtisadiyyat və Ticarət naziri Bakıt Sıdıkov, Türkiyənin Sənaye və Texnologiyalar naziri Mehmet Fatih Kacır və başr rəsmi nümayəndələr iştirak edirlər.

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin sənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin II iclasının gedişində bildirib ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrlik etdiyi dövrdə TDT-nin mühüm nəticələrə nail olacağına əminəm.

"Bu ayın əvvəlində Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının 12-ci sammiti keçirilib və Azərbaycan növbəti il üçün Təşkilata sədrliyi qəbul edib. Əminik ki, sədrliyimiz dövründə əməkdaşlığın daha da möhkəmləndirilməsi sayəsində mühüm nəticələr əldə olunacaq", - deyə o bildirib.

Nazir qeyd edib ki, qəbul edilmiş Qəbələ Bəyannaməsində dayanıqlı və rəqəmsal texnologiyaların inkişafı, eləcə də innovasiyaların iştirakçı ölkələrin sənaye strategiyalarına inteqrasiyası məsələlərinə xüsusi diqqət yetirilib.

"Bu, türk dövlətlərinin iqtisadi inkişafının innovativ əsasını gücləndirmək baxımından mühüm addımdır", - deyə o əlavə edib.

Öz növbəsində TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev qeyd edib ki, Türk Dövlətləri Təşkilatının (TDT) 2025–2026-cı illər üçün yenilənmiş Fəaliyyət Planı türk dövlətlərinin texnoloji inteqrasiyasının əsasını formalaşdırır.

O qeyd edib ki, yenilənmiş fəaliyyət planı üzv ölkələr arasında süni intellekt, rəqəmsal və “yaşıl” texnologiyalar, standartlaşdırma, kosmik tədqiqatlar sahəsində əməkdaşlığı, həmçinin kiçik və orta biznesin dəstəklənməsini gücləndirməyə yönəlib.

Ömüraliyav vurğulayıb ki, nazirlər səviyyəsində görüş 12-ci TDT Sammitinin Qəbələdə uğurla baş tutmasından sonra keçirilir və türk dövlətlərinin strateji tərəfdaşlıqdan texnoloji inteqrasiyaya doğru mühüm addımını təşkil edir. Keçən il İstanbulda keçirilən ilk görüşdən bəri sənaye, elm, texnologiya və innovasiyalar sahəsində əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.

“Əldə olunan nəticələr arasında 2024-cü il Fəaliyyət Planının icrasında işçi qrupların və alt qrupların irəliləyişi, süni intellekt və rəqəmsal transformasiya sahəsində təcrübə mübadiləsi, Türkiyə və İstanbulda “Technofest”, Özbəkistanda isə “Innoweek” kimi beynəlxalq texnologiya festivalları vasitəsilə innovativ ekosistemin inkişafı yer alır”, – deyə o bildirib.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti