Bakı. Trend:
Bizim əsas məqsədlərimizdən biri daha çox vətəndaş yönümlü və qabaqlayıcı olmaqdır.
Trend xəbər verir ki, bu sözləri bu gün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Kommersiya üzrə baş direktoru Salar İmaməliyev “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfransda deyib.
O bildirib ki, bu, şəxsi prioritetlərimdən biridir:
"Beynəlxalq təcrübələrdən öyrənmək, onları tətbiq etmək, bu təcrübələrin düzgün şəkildə uyğunlaşdırılmasını təmin etmək və məlumatların idarə olunması mexanizmlərini arxa planda saxlamaq, yəni real məlumatlarla işləmək vacibdir".
"Burada qeyd etmək istədiyim başqa bir məqam isə ondan ibarətdir ki, tətbiq etdiyimiz qərar əsaslı mexanizmlər və alətlər çox güman ki, ilk 3-4 prioritet istiqamətdən biri olacaq. Bu isə Azərbaycanda ictimai xidmətlərin istər vətəndaşa, istərsə də müştəriyə yönəlik xidmətlərin sabit və davamlı şəkildə göstərilməsini təmin edəcək", - deyə o əlavə edib.